skip to Main Content
+994 50 304 00 04 +994 22 252 07 40

“Aqrosert” MMC ölkənin keyfiyyət infrastukrutunun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biridir. Sertifikatlaşdırma orqanları arasında ən geniş akkreditasiya sahəsinə malik olan qurumumuz 2015-ci ildən fəaliyyət göstərir. Şirkət həmçinin, istehsal olunan məhsullar üzrə texniki şərtlərin hazırlanması və dövlət reyestrinə salınması, ölçmə vasitələrinin kalibrlənməsi sahəsində konsaltinq xidmətlərini də həyata keçirir.

Təşkilatımız ölkənin milli akkreditasiya qurumu tərəfindən ərzaq və qeyri-ərzaq məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, tikinti materiallarının, rabitə vasitələrinin, avtomobil və onların ehtiyat hissələrinin, yüngül sənaye məhsullarının, eləcə də ictimai iaşə, bərbərxana, spa, restaran, şadlıq sarayları, istirahet mərkəzləri, camaşırxana kimi xidmət sahələrində sertifikatlaşdırma fəaliyyətini həyata keçirmək üzrə akkreditasiya olunmuşdur.

“Aqrosert” MMC öz fəaliyyətində əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühüt üçün təhlükəli olan məhsulların (xidmətlərin) istehsalının (idxalının) və satışının qarşısının alınması, respublikada müəssisələrin və sahibkarların beynəlxalq, iqtisadi, elmi – texniki əməkdaşlıqda, həmçinin daxili bazarda və ticarətdə iştirakı üçün əlverişli şəraitin yaradılması və rəqabətliliyin inkişaf etdirilməsi, istehlakçılara məhsulların (xidmətlərin) səriştəli seçilməsində köməklik göstərilməsi kimi məsələləri rəhbər tutur.

Təşkilatımız fəaliyyətinin beynəlxalq və müasir tələblərə uyğunlaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayır. Bu məqsədlə mütəmadi olaraq əməkdaşlarımız xarici ölkələrdə ezamiyyətdə olur, sertifikatlaşdırma sahəsində treninq və seminarda iştirak edərək dünya təcrübəsi ilə daha dərindən tanış olurlar.

Yarandığı gündən qısa müddət ərzində “Aqrosert” MMC ölkənin istehsal, idxal, eləcə də xidmət sahələrində fəaliyyət göstərən ən qabaqcıl şirkətlərinə sertifikatlaşdırma xidməti göstərir. Bunlara misal olaraq, “Gilan Knauf” , “Qəbələ konserv” , “Aspi-Aqro” MMC, “Gədəbəy mineral sulları” MMC, “MAYBO” MMC, “Xanni” MMC birinci və yeganə trikotaj əlçək istehsalçı müəssisəsi, və s. göstərmək olar. Təşkilatımızın xidmət göstərdiyi müştəri sferası dayanmadan artır ki, bu da əməkdaşlıq etdiyimiz şirkətlərin bizə olan inam və etibarından irəli gəlir.

Təcrübəli mütəxəssislərdən ibarət komandamızın bizimlə əməkdaşlıq edən sahibkarların vaxtına və puluna qənaət etməsini, məhsullarının (xidmətlərin) ən qısa vaxtda və ən münasib qiymətə sertifikatlaşdırılmasını təmin etməkləri qurumumuzun ən böyük üstünlüyüdür. Ölkədə fəaliyyət göstərən bütün sahibkarlar məhsullarının (xidmtələrinin) sertifikatlaşdırılmasını təcrübəli komandamıza etibar edə bilərlər. Xidmətlərimiz məhsullarınızın (xidmətlərinizin) keyfiyyətinin qarantıdır!